Press "Enter" to skip to content

1-ci rübdə ölkədə elektrik enerjisi istehsalı artıb

Kəlbəcərin ucqar kəndləri və hərbi hissələr işıqlandı

Son yeniləmə: 9 Aprel 2022 15:53

Bayraqdar.info – 2022-ci ilin birinci rübü üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, mart ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2 milyon 307 min kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 57 mln. kVt·st, yaxud 2,4 faiz azalması deməkdir.

“Azərenerji” ASC-dən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, mart ayında elektrik enerjisinin idxalı 10 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 mln. kVt.st, ixrac isə 19 mln kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 154 mln kVt·st azalıb.

“Ümumilikdə 2022-ci ilin yanvar-mart aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 269 mln.kVt·st, yəni 3,9 faiz artaraq 7 mln 194 min. kVt·st olub.

“Hesabat dövründə ötən ilin ilk 3 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 245,7 mln. kVt·st artaraq 6 milyon 849 min. kVt·st, SES-lərdə 17 mln. kVt·st artaraq 253 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 6 mln. kVt·st artaraq 91 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 23 mln. kVt·st, günəş elektrik stansiyalarında 12 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 55 mln. kVt·st elektrik enerjisi istehsal edilib”, –  deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.