Press "Enter" to skip to content

“Yaradıcı müəllim” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 8 Aprel 2022 16:43

Bayraqdar.info – Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçiril’n “Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Mükafatlandırılma mərasimində BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Azərbaycan Gənc Müəllimlər Assosasiyasının sədri Rüfət Əsədzadə, Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb rəhbərləri və müəllimlər iştirak ediblər.

BŞTİ-dən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, M.Vəliyeva təhsilin inkişafı üçün qabaqcıl təcrübəyə malik, istedadlı, peşəkar müəllimlərə hər zaman ehtiyac olduğunu söyləyib. Bildirib ki, sürətlə dəyişən dövr müəllimdən yeni axtarışlar, ideyalar, yeni yanaşmalar, yenilikçi təşəbbüslər tələb edir.

“Müsabiqənin məqsədi və əhəmiyyəti barədə danışan İdarə müdiri “Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinə təqdim etdikləri yenilikləri ilə seçilən müəllimlərin dəyişən, yenilənən dünyamızın, cəmiyyətimizin quruculuğunun fəal iştirakçılarından olduqlarını diqqətə çatdırıb.

“Tədbirdə müsabiqədə qalib gələn müəllimlərin fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub”, – deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.