Son yeniləmə: 8 Aprel 2022 11:07
Bayraqdar.info – ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın Kıbrıs adasına səfər edəcəyi barədə məlumat vermişdik. Qeyd edək ki, səfər artıq baş tutub və ABŞ rəsmisi rum tərəfinə necə deyərlər “od qoyub”.
Belə ki, Güney Kıbrısda görüşdən sonra keçirdiyi mətbuat konfransında onun “Cümhurbaşqanı Tatar” ifadəsini işlətməsi rum jurnalistləri dəli edib. Bununla bağlı məlumatda qeyd edilir ki, mətbuat konfransında “indi kuzeyə keçərək Cümhurbaşqanı Tatarla görüşəcəm”, – deyən V.Nuland qəfildən ətrafına baxıb və ehtimalla rum jurnalistlərin etirazından sonra üzr istəyərək “cənab Tatar” ifaədəsini işlədib.
Amma fikrimizcə ABŞ kimi ölkənin bu titulda rəsmisi heç də təsadüfən, yaxud çaşaraq “Cümhurbaşqanı Tatar” ifadəsini işlətmədi. Görünür bu, rumlara və yunanlara KKTC-nin tanına biləcəyinə dair bir işarədir. Nəzərə almaq lazımdır ki, xanım Nuland bu ifadəni KKTC-də deyil, məhz rum kəsimində işlədib. Yəni, burada onun çaşdığı az inandırıcı görünür.
Yeri gəlmişkən, V.Nulandın bu ifadəni işlətdikdən sonra ətrafa baxaraq, “necə xitab etməliyəm” deyə, soruşması da çox şeydən xəbər verir. Yəni, V.Nuland adadakı durumdan, yaxud da rumların “Cümhurbaşqanı Tatar” ifadəsindən rahatsız olacağını bilməyəcək qədər sıradan bir nəfər deyil.
[…] Viktoriya Nuland rumlara “od qoydu” […]