Press "Enter" to skip to content

Oyunların keçirilmə vaxtı və yeri dəqiqləşib

Son yeniləmə: 8 Aprel 2022 13:50

Bayraqdar.info – Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların keçirilmə vaxtı və yeri dəqiqləşib.

Bu barədə bayraqdar.info-ya aprelin 8-də Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Bildirilib ki, IV dövrənin ilk turu aprelin 9-da “Murov” Voleybol Klubunun idman zalında təşkil olunacaq.
XVI turun ilk qarşılaşması saat 15:00-da “Neftçi” – MOİK arasında olacaq. Ardınca saat 17:00-da “Ekspress” “Murov”u sınağa çəkəcək.

Mission News Theme by Compete Themes.