Son yeniləmə: 8 Aprel 2022 13:19
Bayraqdar.info – Suriya Ərəb Respublikasında döyüşən silahlı dəstələrin girovluğunda olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması və hüquqlarının müdafiəsi məsələləri Insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyevanın diqqətindədir. Suriyada saxlanılan qadın və uşaqların Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər nəticəsində ölkəyə repatriasiyası həyata keçirilir.
Ombudsman Aparatından bayraqdar.info-ya bildirilib ki, Səbinə Əliyeva bu yaxınlarda Suriyadan repatriasiya edilmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş qadın və uşaqlarla görüşüb.
Ombudsman həmin şəxslərin sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası sahəsində görülmüş tədbirlər barədə məlumat alıb, onların hüquq və azadlıqlarının təmini vəziyyətini öyrənib, müvafiq tövsiyələr verib.