Press "Enter" to skip to content

Kıbrıs türk xalqının beynəlxalq statsunun qəbul edilməsi vacibdir

Son yeniləmə: 8 Aprel 2022 14:27

Ersin Tatar Viktoriya Nulandla görüşüb

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar bölgədə səfərdə olan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandla görüşüb. Görüş öncə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə keçirilib.

Ersin Tatar Viktoriya Nulandla görüşəcək

KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, görüşdə Kıbrıs adasındakı son durum, enerji məsələləri və digər vacib məqamlarla bağlı fikir mübadiləsi aparılıb.

Görüşdən sonra mətbuat üçün açılqama verən E.Tatar V.Nulanda adadakı tərəflər arasında razılaşmanın əldə edilməsi ilə bağlı KKTC-nin mövqeyinin çatdırıldığını bildirib. ABŞ rəsmisinin diqqətinə çatdırılıb ki, bir razılaşmanın olması üçün Kıbrıs türk xalqının suveren bərabərliyi və beynəlxalq statusunun qəbul edilməsi vacibdir.

Viktoriya Nuland rumlara “od qoydu”

KKTC Cümhurbaşqanı V.Nulandın diqqətinə statusu yüksələn Doğu Akdenizdə tarazlığın qorunub saxlanmasının, adanın ətrafındakı sərvətlərin bölüşdürülməsində Kıbrıs türklərinin söz sahibi olmasının vacibliyini də çatdırıb. Bu kontkesdə KKTC-nin təklifini səsləndirib.

Mission News Theme by Compete Themes.