Press "Enter" to skip to content

İlham Əliyev Recep Tayyip Erdoğana zəng edib

İlham Əliyev və Recep Tayyip Erdoğan

Son yeniləmə: 8 Aprel 2022 11:18

Bayraqdar.info – Aprelin 7-də Prezident İlham Əliyev Türkiyə Prezidenti Recep Tayyip Erdoğana zəng edib.

Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, telefon danışığı əsnasında aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüş haqda söhbət aparılıb.

Prezident İ.Əliyev görüşün nəticələrini müsbət qiymətləndirdiyini bildirib.

“Dövlət başçısı Azərbaycanın təqdim etdiyi baza prinsipləri, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi daxil olmaq şərti ilə sülh müqaviləsinin hazırlanması üzrə Ermənistan və Azərbaycan arasında işçi qrupunun yaradılması, həmçinin sərhədlərin delimitasiyası üzrə kommissiyanın təsis edilməsi barədə əldə olunmuş qərarları qeyd etdi.

“Prezident R.T.Erdoğan da öz növbəsində əldə olunmuş nəticələrdən məmnunluğunu ifadə edib.

“Söhbət zamanı Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının, nəqliyyat-kommunikasiya xətlərinin qurulmasının regionda davamlı sülhün və sabitliyin təmin olunmasına, region ölkələrinin inkişafına və firavanlığına xidmət edəcəyi vurğulanıb.

“Dövlət başçıları, həmçinin Azərbaycan və Türkiyə arasında ikitərəfli müttəfiqlik əlaqələrinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.