Press "Enter" to skip to content

I rübdə mindən çox müraciət

Son yeniləmə: 8 Aprel 2022 12:25

Bayraqdar.info – 2022-ci ilin I rübündə Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1 min 6 zəng qəbul edilib.

Energetika Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, daxil olan müraciətlərin 783-üelektrik və istilik enerjisi, təbii qaz təchizatı, 62-si sayğacların quraşdırılması, 116-sı isə digər məsələlərlə bağlı olub: “Zənglərdən 44-nü təşəkkür xarakterli, 1-ni isə qaz sızması ilə bağlıFövqəladə Hallar Nazirliyindən daxil olan müraciətlər təşkil edib. Bu dövrdə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və yatabeli qurumlarayönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb”.

Məlumatda qeyd edilib ki, vətəndaşların müraciətləri Energetika Nazirliyinin“974” Çağrı Mərkəzi, (012) 598-16-55 “Qaynar Xətt”i, eləcə də internet səhifəsiminenergy@minenergy.gov.az elektron poçt ünvanı vasitəsilə qəbul edilir.

Mission News Theme by Compete Themes.