Press "Enter" to skip to content

Daha iki hərrac

Son yeniləmə: 8 Aprel 2022 09:12

Bayraqdar.info – 5 və 7 aprel tarixlərində keçirilən hərraclarda 18 nəqliyyat vasitəsi satılıb.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə hərracların keçirilməsi davam etdirilir: “Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən 5 və 7 aprel tarixli hərraclarda ümumilikdə 18 nəqliyyat vasitəsi özəlləşdirilib. Dövlət əmlaklarına ümumilikdə 66 sifariş qəbul olunub ki, bunun 11-i elektron qaydada həyata keçirilib”.

Qeyd edilib ki, budəfəki hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya istehsalı avtomobillər olub: “Həmin avtomobillərə edilən təkliflərin çoxluğu isə prosesi rəqabətli edib. İlkin start qiyməti 2 min manat olan “VAZ 2106” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 3 min 840 manata özəlləşdirilib. Buraxılış tarixi 2008-ci il olan “ VAZ-21041 ” markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 4 min 500 manat olmasına baxmayaraq, avtomobilin son qiyməti 5 min 650 manata yüksəlib”.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür.

Mission News Theme by Compete Themes.