Press "Enter" to skip to content

13 mindən çox reabilitasiya vasitəsi verilib

Son yeniləmə: 8 Aprel 2022 12:48

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cari ilin yanvar-mart ayları ərzində 2 min 958 əlilliyi olan şəxsə 13 min 084 reabilitasiya vasitəsi verilib.

Bu barədə bayraqdar.info-ya ƏƏSMN-dən bildirilib.

Qeyd edilib ki, bu kateqoriyadan olan şəxslər 262 ədəd aşağı ətraf protezi, 41 ədəd yuxarı ətraf protezi, 426 ortez, 3830 hərəkət dayaq vasitələri,1354 cüt protez ayaqqabı ilə təmin ediliblər.

“Onların həmçinin 1372 ortopedik ayaqqabı, 444 ədəd eşitmə aparatla və s. təminatı həyata keçirilib. Son 3 ayda 543 əlilliyi olan şəxsə təkərli oturacaq verilib ki, onlardan bir qismi mühərrikli təkərli oturacaqlardır.

“Müharibə əlillərinin yüksək texnologiyalı protezlə təminatı cari ilin ilk rübündə də davam edib və ümumilikdə bu proqram üzrə270 nəfər müharibə əlili yüksək texnologiyalı 290 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib.

“Məlumat üçün bildiririk ki, aprel ayı üzrə daha 5 hərrac keçiriləcək. Hərraclara kiçik dövlət müəssisə və obyektləri, yarımçıq tikililər və nəqliyyat vasitələri çıxarılıb.

“Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür”, – deyə məlumatda qeyd olunub.

Mission News Theme by Compete Themes.