Bayraqdar.info – Su sektoru ilə bağlı layihələrdə Türkiyə şirkətləri yaxından iştirak edir.
Bu barədə bayraqdar.info-ya “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, “Azərsu” ASC-də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin rəhbərliyi ilə görüş keçirilib. “Azərsu”nun sədr müavini Etibar Məmmədov qonaqları salamlayaraq Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, su təchizatı sektorunda da əlaqələrin daim inkişaf etməsindən məmnunluğunu ifadə edib.
“Ölkəmizdə içməli su təchizatı və tullantı su sektorunda həyata keçirilən tədbirlər barədə məlumat verən sədr müavini beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlərdən danışıb və bu sahədə həyata keçirilən layihələrdə Türkiyə şirkətlərinin yaxından iştirak etdiyini vurğulayıb.
“TİKA-nın bir sıra ölkələrin su sektorunda fəaliyyəti yüksək qiymətləndirilərək Azərbaycanda prioritet hesab edilən layihələr üzrə əməkdaşlığın perspektivləri diqqətə çatdırılıb.
“TİKA-nın Bakı nümayəndəliyinin rəhbəri Fatih Yılmaz təmsil etdiyi təşkilatın dünyanın bir sıra ölkələrinin su sektorunda fəaliyyət göstərdiyini və bu sahədə ölkəmizlə əməkdaşlığın böyük perspektivləri olduğunu bildirib.
“Görüşdə kənd və qəsəbələrin içməli təchizatı, tullantı sularının təmizlənməsi və kənarlaşdırılması, təlim və təcrübə mübadilələri proqramlarının əhəmiyyəti, həmçinin texniki təminat məsələləri ətrafında müzakirələr aparılıb”, – deyə məlumatda qeyd edilib.