Press "Enter" to skip to content

SABAH qruplarına tələbə qəbulu

"Sabah" qrupları

Son yeniləmə: 7 Aprel 2022 12:06

Bayraqdar.info – Təhsil Nazirliyi SABAH qruplarının bakalavriat səviyyəsinə 2022-2023-cü tədris ili üçün tələbə qəbulu açıq elan olunur.

Müsabiqədə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.

Bu barədə bayraqdar.info-ya xəbər Təhsil Nazirliyindən daxil olub. “Qeyd edək ki, yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı yolu ilə ali təhsil müəssisəsinə qəbul olunmuş şəxslərin müsabiqədə iştirak hüququ var”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.