Press "Enter" to skip to content

Qabaqcıl dünya təcrübəsi öyrənilir

Son yeniləmə: 7 Aprel 2022 11:52

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində himayədar ailə, reinteqrasiya üzrə beynəlxalq məsləhətçi Hyu Salmon ilə görüş olub.

Bu barədə bayraqdar.info-ya aprelin 7-də ƏƏSMN-dən məlumat verilib.

Qeyd olunub ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli görüşdə ölkəmizdə himayədar ailə institutunun tətbiqinə hazırlıq işlərindən bəhs edib. O, bu sahədə qabaqcıl dünya təcrübəsinin öyənilməsinə mühüm önəm verildiyini vurğulayıb.

Həmçinin, “Himayədar ailə” qayğı modelinin uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən olduğu qeyd edilib. Həmin modelin uşaqların ailə mühitində yaşamalarına və inkişafına şərait yaratdığı diqqətə çatdırılıb. Bu sahədə Türkiyə təcrübəsinin öyrənildiyi də bildirilib.

O da vurğulanıb ki, H.Salmon tərəfindən müvafiq sahələrdə çalışan əməkdaşlara reinteqrasiya, qeytkipinq, himayədar ailə üzrə müvafiq mütəxəssis konsultasiyaları verilməsi nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.