Press "Enter" to skip to content

Könüllü olmaq istəyənlər üçün xəbər var

Son yeniləmə: 7 Aprel 2022 14:40

Bayraqdar.info – İqtisadiyyat Nazirliyində növbəti könüllü fəaliyyəti təşkil edilir. Bununla bağlı müraciətlər 30 aprel 2022-ci il tarixinədək qəbul ediləcək.

Bu barədə bayraqdar.info-ya qurumdan məlumat verilib.

Bildirilib ki, könüllülər sırasına qoşulmaq istəyən gənclər İqtisadiyyat Nazirliyinin internet səhifəsində “Könüllü fəaliyyəti” bölməsinə daxil olmaqla elektron müraciət edə və ya CV-ni Nazirliyə (Bakı şəhəri, Heydər Əliyev prospekti, 155) təqdim edə bilərlər: “Nazirlikdə könüllü fəaliyyət müddəti 3 aydır. Könüllülərlə müqavilə müddəti tərəflərin qarşılıqlı razılığına uyğun olaraq uzadıla bilər. Könüllülük müddətini uğurla başa vuran gənclərə sertifikatlar veriləcək”.

O da qeyd edilib ki, könüllülərin seçimi zamanı dil (ingilis, rus) və kompüter biliklərinə, dövlət qulluğu vəzifələri üzrə müvafiq sertifikata malik olan şəxslərə üstünlük veriləcək: “Əlavə məlumat almaq üçün: Pünhan Cəfərov, tel: 310-28-00, daxili 21-47; e-mail: punhan.cafarov@economy.gov.az. Müraciət edən könüllülərin COVİD-19 pasportuna və ya COVİD-19-a qarşı immunitet sertifikatına malik olması mütləqdir”.

Mission News Theme by Compete Themes.