Press "Enter" to skip to content

“Gözəl və bədheybət”

"Gözəl və bədheybət"

Son yeniləmə: 7 Aprel 2022 09:25

Bayraqdar.info – Aprelin 8-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında uşaqlar üçün “Gözəl və bədheybət” tamaşası nümayiş olunacaq.

 Teatrdan bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, tamaşa Madam Leprens De Bomonun əsəri əsasında hazırlanıb.

“Quruluşçu rejissoru Anar Məmmədov olan tamaşada fərqli texnikalarda hazırlanmış kuklalardan canlı plan oyununa müxtəlif formalar tətbiq olunur. Səhnə əsərinin quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı isə Cahangir Zülfüqarovdur.

“Tamaşa bir qızın timsalında xoş rəftar və daxili gözəlliyin bütün maneələri aşmasını nümayiş etdirir. Bu nümunə vasitəsilə uşaqlara zahiri gözəlliklə yanaşı, səbir və ədalət hissinin də hər məqamda ən yaxın yol yoldaşı olduğu göstərilir”, – deyə Teatrın xəbərində bildirilir.

Mission News Theme by Compete Themes.