Son yeniləmə: 7 Aprel 2022 16:38
Bayraqdar.info – Müdafiə nazirinin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov “Efes-2022” çoxmillətli təlimində iştirak edəcək hərbi qulluqçularım təminat və təchizatı, eləcə də şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb.
Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, kontr-admiral S.Bəkirov, həmçinin ölkəmizi təlimdə təmsil edəcək heyətlə görüşərək onlara uğurlar arzulayıb.
“Qeyd edək ki, “Efes-2022″ çoxmillətli təlimin cari ilin may-iyun aylarında Türkiyə Respublikasının İzmir şəhərində keçirilməsi planlaşdırılır”, – deyə xəbərdə bildirilir.