Press "Enter" to skip to content

Bakıda “Barokko Günləri”

"Barokko Günləri"

Son yeniləmə: 7 Aprel 2022 16:43

Bayraqdar.info – Aprelin 23-dən 26-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Barokko Günləri” Beynəlxalq Musiqi Festivalı baş tutacaq.

Nazirlikdən bayraqdar.info-ya bildirilib ki, festival çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Kamera və Orqan Musiqisi zalı və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında konsertlər, tamaşa, ustad dərsləri keçiriləcək.

“Ölkədə ilk dəfə keçirilən “Barokko Günləri” Beynəlxalq Musiqi Festivalı çərçivəsində dinləyicilər bu dövrə məxsus musiqi nümunələrini azərbaycanlı musiqiçilərlə yanaşı, İtaliya, Türkiyə, Ukrayna və Gürcüstan kimi dünyanın müxtəlif ölkələrini təmsil edən musiqiçilərin təfsirində dinləyəcəklər.

“Festivalın açılışında XVIII əsrin görkəmli alman bəstəkarı K.V.Qlyukun “Orfey və Evridika” operasının premyerası baş tutacaq. Həmçinin solo klavesin konserti, Tbilisi Dövlət Kamera Orkestri və Azərbaycanda fəaliyyət göstərən, repertuarı ancaq Barokko dövrü bəstəkarlarının əsərlərindən ibarət olan “D’accordo” ansamblının çıxışı nəzərdə tutulub.

“Dünya şöhrətli musiqi xadimi, Roma, San Karlo və digər opera teatrlarının bədii rəhbəri olmuş, D’arte Lirika Akademiyasının direktoru, professor Vinçenzo De Vivonun (İtaliya) Festival çərçivəsində ustad dərsi keçiriləcək”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.