Son yeniləmə: 7 Aprel 2022 09:18
Bayraqdar.info – Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı başa çatıb.
Azəbaycan Şahmat Federasiyasından aprelin 7-də bayraqdarinfo-ya verilən xəbərdə bildirilir ki, qitə birinciliyində təmsilçilərdən ən yaxşı nəticəni Vasif Durarbəyli göstərib.
Belə ki, 11 turdan 8 xal toplayan şahmatçı 3-8-ci yerləri bölüşüb. Digər şahmatçılardan 7,5 xal qazanan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov müvafiq olaraq 9-10-11-ci yerlərdə, Nicat Abasov isə 26-cı pillədə qərarlaşıb.Yarışın qalibi 8,5 xalla almaniyalı Matias Blubaum olub.
Qitə birinciliyinin nəticələrinə əsasən, ilk 20-likdə qərarlaşan şahmatçılar 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanıblar.