Press "Enter" to skip to content

“Artım”da açılan “Postponed” sərgisi

ARTIM

Son yeniləmə: 7 Aprel 2022 14:55

Bayraqdar.info – ARTIM layihə məkanında gənc rəssamlar Nərgiz Abdullayeva, Ağababa Bağırov, Leyli Əhmədova, Əli Yusibov, Müşfiq Heydərov, Novruz Məmmədov və Sabit Zamanovun əsərlərindən ibarət “Postponed” (“Təxirə salınıb”) qrup sərgisi davam edir.

Bayraqdar.info-ya ARTIM-dan verilən xəbərdə bildirilir ki, sərgi ertələmə və gecikmənin təməl anlayışlarını öz “xam” formasında təqdim edir və bu ideyanın daha metafizik dərinliyinə qərq etməyə çağırır.

“Düşünməyə təşviq edən “Postponed” sərgisi, rəssamların müxtəlif prizmasından şərh olunur və təxirə salınmış arzu və istəklərin, niyyət və məqsədlərin mahiyyətini araşdırır. Sürətli yaşamaq tərzinə vərdiş etdiyimiz reallıqda nəyisə təxirə salınmasının hətta düşüncəsi belə bizə dəhşətli gələ bilər. Müasir insanın gündəlik həyatı vaxt ilə çərçivələnmiş hadisələr, dedlaynlar, nəzarəti və proqnozlaşdırılmağı tələb edən vəziyyətlərlə doludur. Lakin həyatın dəyişkən olduğunu nəzərə alsaq, bəzən işləri kontrol etmək alınmır, niyyətlər puça çıxır və gözləntilər əvvəlcə nəzərdə tutulduğu kimi özünü doğrultmayır.

“Xaos nəzəriyyəsindəki “kəpənək effekti” kimi, ertələmə də hadisələrin gedişatını dəyişə, habelə ilkin vəziyyətin metamorfozuna səbəb olmaqla, nəticədə böyük fərqlərə gətirib çıxarda bilər.

“Sərgi “möhlət” kontekstini yeniləyərək, həyatda, istər şəxsi, istərsə də ictimai gecikmələrin nəticələrini yenidən nəzərdən keçirməyi təklif edir. Ekspozisiya, rəssamların bir çox mümkün hekayələr üçün başlanğıc nöqtəsi kimi təklif etmək istədiyi “ertələnmiş fəaliyyət” kontekstində şəxsi yetkinlik və yanaşmaları ilə səsləşir. Sərgi aprelin 10-dək ziyarətçilər üçün açıq qalacaq”, – deyə xəbərdə vurğulanır.

Mission News Theme by Compete Themes.