Son yeniləmə: 7 Aprel 2022 15:32
Bayraqdar.info – Aprelin 8-10-da Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə cüdo idman növü üzrə U-15 kiçik yaşlı (2008-2010-cü il təvəllüdlü idmançılar) yeniyetmə cüdoçuların Bakı birinciliyi keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarışda paytaxt Bakının müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 800-ə yaxın idmançı güclərini sınayıb, medallar uğrunda mübarizə aparacaqlar.
“3 gün davam edəcək paytaxt birinciliyində oğlanlar -34, -38, -42, -46, -50, -55, -60, -66, -73, +73 kq, qızlar isə -28, -32, -36, -40, -44, -48, -52, -57, -63, +63 kq çəki dərəcəsində güclərini sınayacaqlar.
“Yarışın əsas məqsədi kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda prespektivli idmançıları müəyyən edərək, onların U-18 yeniyetmələrdən ibarət milli yığma komandaya cəlb edilməsidir”, – deyə xəbərdə qeyd edilir.