Press "Enter" to skip to content

Zooloji Muzeyin entomoloji kolleksiyası inventarlaşdırılır

Zooloji Muzey

Son yeniləmə: 6 Aprel 2022 16:39

Bayraqdar.info – Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Zooloji Muzeyinin əməkdaşları Quru onurğasızları laboratoriyasında saxlanılan entomoloji kolleksiya materiallarının inventarizasiyası və sistemləşdirilməsi işini həyata keçirirlər. Prosedur Muzeyin böyük laborantları Səbinə Abdullayeva, Zeynəb Məmmədova və Xatirə Qəhrəmanlı və rəssam-taksodermist Könül Yunusova tərəfindən aparılır.

Zooloji Muzey

Bu barədə aprelin 6-da bayraqdar.info-ya Zoologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, ilin əvvəlindən qızılböcəklər fəsiləsinə (Buprestidal) aid 2 min 792 ədəd, uzunbığlar (Cerambycidae) fəsiləsinə aid 1100 ədəd nümunə invertarlaşdırılaraq kolleksiya fonduna daxil edilib. Həmçinin kolleksiya fondunun elektron kataloqu hazırlanıb. Hazırda digər materiallar üzərində işlər davam etdirilir.

Mission News Theme by Compete Themes.