Press "Enter" to skip to content

Səhiyyə naziri Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb

Səhiyyə Nazirliyində görüş

Son yeniləmə: 6 Aprel 2022 14:28

Bayraqdar.info – Səhiyyə Nazirliyində Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Səhiyyə Naziriyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan münasibətləri qədim tarixə malikdir və yüksələn xətt üzrə inkişaf edir: “Xalqlarımızı oxşar milli adət və ənənələr, ortaq dil qrupu, mədəniyyət və din birləşdirir. Hazırda ölkələrimiz arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edir. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri xüsusi rol oynayır”.

“Daha sonra bildirilib ki, ölkələr arasında səhiyyə sahəsində də uğurlu əməkdaşlıq əlaqələri qurulub, tibbin kardiologiya, invaziv radiologiya, transplantologiya və digər sahələrində çalışan mütəxəssis və həkimlərə təcrübə mübadiləsi və ixtisasartırma üzrə tədbirlərdə iştirak etmək üçün qarşılıqlı səfərlər təşkil olunur.

“İki qardaş ölkə arasında əməkdaşlıq formatının bir çox ölkələr üçün nümunəvi olduğunu vurğulayan Teymur Musayev gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişafına ümid etdiyini bildirib.

“Öz növbəsində B.Aşrafxanov ölkələrimiz arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq qurulmasını qeyd edib. Bildirilib ki, Özbəkistan Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsində, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsində maraqlıdır.

“Azərbaycanın yeni növ koronavirus infeksiyası ilə mübarizədə mühüm uğurlar əldə etmiş ölkələr sırasında olduğunu vurğulayan Özbəkistan səfiri dost ölkələrin nazirlikləri arasında tibb elmi sahəsində və qlobal pandemiyaya qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində birbaşa əlaqələrin vacibliyini qeyd edib.

“Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın intensivləşdirilməsi, eyni zamanda əczaçılıq sənayesində gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.