Press "Enter" to skip to content

Səfirlik yenidən Kiyevdə

Son yeniləmə: 6 Aprel 2022 08:52

Bayraqdar.info – Türkiyənin Ukraynadakı səfirliyi yenidən Kiyevdə fəaliyyətə başlayıb. Bu barədə aprelin 5-də səfirliyin Twitter hesabında paylaşım edilib.

Paylaşımda aşağıdakı sözlər əks olunub: “Dəyərli vətəndaşlarımız və ukraynalı dostlarımız müvəqqəti olaraq fəaliyyətimizi təxliyə məsələlərində lojistik mərkəzimiz halına gələn Çernivtsi şəhərində davam etdirirdik. Bu gündən etibarən Kiyevə, evimizə döndük”.

Paylaşımda həmçinin aprelin 6-dan etibarən konsulluq xidmətləri də daxil bütün fəaliyyətlərin səfirliyin Kiyevdə, Panasa Mirnoho 22 ünvanında davam etdiriləcəyi də bildirilib.

Mission News Theme by Compete Themes.