Son yeniləmə: 6 Aprel 2022 09:29
Bayraqdar.info – Aprelin 5-də Türkiyənin Kahramanmaraş şəhərində sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, “12 fevral” adlanan yarışda Türkiyə, Azərbaycan, Fransa və Qırğızıstandan olan sərbəst güləşçilər mübarizə aparıblar.
“Milli komandanın məşqçiləri Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Kahramanmaraşda xalçaya çıxan 14 güləşçidən 10-u fəxri kürsüyə qalxıb. Sabir Cəfərov (70 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Ramik Heybətov (61 kq), Əbülfəz Nəsirov (65 kq), Kənan Heybətov (70 kq), Səbuhi Əmiraslanov (79 kq) və Abdulcəlil Şabanov (92 kq) gümüş, Nurəddin Novruzov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Namus Orucov (74 kq) və Fərid Cabbarov (86 kq) isə bürünc medal əldə ediblər. Yekunda 1 qızıl, 5 gümüş və 4 bürünc medal qazanan yığmamız komanda hesabında ikinci yeri tutub.
“Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyub”, – deyə xəbərdə bildirilir.