Press "Enter" to skip to content

Recep Tayyip Erdoğandan Anadolu Agentliyinə təbrik

Son yeniləmə: 6 Aprel 2022 17:52

Bayraqdar.info – Türkiyənin Anandolu Agentliyinin 102 yaşı tamam olur. Bu gün bu münasibətlə çeşidli tədbirlər keçirilib.

Həmçinin Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan bu münasibətlə qurumu təbrik edib.

Bununla bağlı məlumatda deyilir ki, Cümhurbaşqanı bu gün dünyanın aparıcı xəbər agentliklərindən biri olan Anadolu Agentliyinin genişlənən xəbər şəbəkəsi, səriştəli kadr potensialı, texnoloji infrastrukturun gücləndirilməsi və yeni media kanallarına investisiyaları ilə yayım həyatını uğurla davam etdirməsindən məmnun olduöunu vurğulayıb.

“İnanıram ki, bu gün dəqiq xəbərin əhəmiyyətinin bütün dünya üçün daha çox hiss olunduğu bir vaxtda Anadolu Agentliyi etibarlı, həqiqətə əsaslanan xəbərləri ilə fərqlilik yaratmağa davam edəcək. 102-ci ildönümü münasibəti ilə başda Gazi Mustafa Kemal olmaqla AA-nın qurulmasında və bu günə qədərki inkişafında əməyi olanları minnətdarlıqla yad edir, qurumun bütün üzvlərinə işlərində uğurlar diləyirəm”, – deyə R.T.Erdoğan təbrikində bildirib.

Mission News Theme by Compete Themes.