Press "Enter" to skip to content

“Qəlblərin harmoniyası” rəqs festivalı keçiriləcək

Bakı Gənclər Mərkəzi

Son yeniləmə: 6 Aprel 2022 10:04

Bayraqdar.info – “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin təşəbbüsü və Davud Qədiroğlunun təşkilatçılığı ilə aprelin 24-də Bakı Gənclər Mərkəzində “Qəlblərin harmoniyası” adlı milli və dünya rəqsləri festivalı keçiriləcək.

Bayraqdar.info Mərkəzə isitnadla xəbər verir ki, tədbir çərçivəsində Bakıda fəaliyyət göstərən uşaq və gənclərin rəqs kollektivlərinin iştirakı ilə müxtəlif rəqs kompozisiyaları, həmçinin sənətşünas-rəssam Məryəm Əsədovanın Azərbaycan rəqs tarixinə işıq tutan əsərlərindən ibarət sərgisi nümayiş olunacaq.

“Festivalın təşkilində əsas məqsəd unudulmaqda olan Azərbaycan rəqslərinin uşaq və gənclər arasında tanıtmaq, mədəni, sosial müxtəlifliyə baxmayaraq rəqsin insanlar arasında emosional özünüifadə forması olduğuna diqqət çəkməkdir.

“Rəqs kompozisiyaları münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinin tərkibini xalq artistləri Eldar Mansurov və Cəmilə Bayramova, əməkdar artistlər Etibar Zeynalov və Eteri Cəfərova, ritm ifaçısı Cəfər Həsənov, rəqqasə, pedaqoq Səbinə İsmayılova təşkil edəcək.

“Məlumat üçün qeyd edək ki, aprelin 29-u hər il dünyada “Beynəlxalq rəqs günü” kimi qeyd olunur”. Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.