Press "Enter" to skip to content

Nazir Gürcüstan Basketbol Federasiyasının rəhbərliyi ilə

Son yeniləmə: 6 Aprel 2022 14:26

Bayraqdar.info – Aprelin 6-da gənclər və idman naziri Fərid Qayıbov Gürcüstan Basketbol Federasiyasının rəhbərliyini qəbul edib.

Gənclər və İdman Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, iki ölkə arasında idman əlaqələrinin əhəmiyyətindən danışan F.Qayıbov qonağa Azərbaycanda son illərdə keçirilən idman siyasəti barədə məlumat verib.

“Görüş zamanı ölkələr arasında ikitərəfli idman əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, basktebol üzrə birgə təlim-məşqlərin təşkilinin mümkünlüyü qeyd olunub”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.