Press "Enter" to skip to content

MEK-də Yevgeni Bertelsin şəxsi kitab kolleksiyası

Son yeniləmə: 6 Aprel 2022 10:55

Bayraqdar.info – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Bertels Yevgeni Eduardoviçin zəngin kitab kolleksiyası saxlanılır. Xatırladaq ki, Yevgeni Bertels nizamişünaslığın banilərindən biri, İran və Dəməşq Ərəb elmlər akademiyalarının müxbir üzvüdür.

Bu barədə bayraqdar.info-ya aprelin 6-da MEK-dən məlumat verilib.

Bildirilib ki, MEK-in Şərq ədəbiyyatı fondunda qorunan kolleksiyaya “Slovar starofrantsuzskoqo yazıka”, “Şaxname (Firdousi)”, “Nauçnıye trudı”(S.V.Baxruşin), “Skazki i stixi Afqanistana”, “Vvedenie v teoriyu perevoda” (А.V.Federov), “Qreçeskaya traqediya”, “Imperial Palace” (Arnold Bennett), “Die Schuld Des Stephan Thoss” (Klaus Herrmann), “Opıt issledovaniya znaçeniya loqiki” (Şarl Serryus) və digər nəşrlər daxildir. Ümumilikdə 4 min 257 nüsxədən ibarət kolleksiyanın 2 min 347 nüsxəsi Şərq və Avropa, 1940 nüsxəsi isə Rus və müxtəlif dilləri əhatə edir.

Qeyd edilib ki, MEK-də bu qəbildən mövcud olan digər görkəmli alimlərin də şəxsi kitab kolleksiyaları dəyərli olmaqla yanaşı, həm də qiymətli və aktual elmi mənbələrdir.

Mission News Theme by Compete Themes.