Press "Enter" to skip to content

Mart ayı üzrə 71 nəfərin diplomu tanınıb

Elm və Təhsil Nazirliyi

Son yeniləmə: 6 Aprel 2022 13:26

Bayraqdar.info – Təhsildə Keyfiyyət Təminatı Agentliyi mart ayı üzrə diplomların tanınmasına dair statistik məlumatı paylaşıb. Bu barədə aprelin 6-da Təhsil Nazirliyindən bayraqdar.info-ya xəbər verilib. Xəbərdə bildirilir ki, mart ayı üzrə 98 müraciətçinin 71-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 27 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

“Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 17, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 4, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 3, digər səbəblər üzrə 3 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

“Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 31, Ukraynadan 30, Türkiyədən 18, Gürcüstandan 7, Latviyadan 3, digər ölkələrdən isə 9 müraciətin olduğu müşahidə olunur.

“Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 12, iqtisadiyyat üzrə 7, menecment üzrə 6, tibb üzrə 6, maliyyə və kredit üzrə 4 nəfər müraciətçi qeydə alınıb.

“Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 25 gün təşkil edib.

“Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün keçidinə daxil ola bilərlər”, – deyə xəbərdə vurğulanır.

Mission News Theme by Compete Themes.