Press "Enter" to skip to content

Məşğulluq tədbirləri ilə əhatə olunanların sayı

Son yeniləmə: 6 Aprel 2022 17:46

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin birinci rübündə 20 minə yaxın işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Bu barədə bayraqdar.info-ya ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onlardan 11min 100-dən çox şəxs münasib işlərlə təmin edilib. 4 min 94 şəxs isə kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

“Həmçinin, Agentlik tərəfindən birinci rüb ərzində 731 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Həmin şəxslərə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlərə başlanılıb.

“Son üç ayda peşəyönümü məsləhət tədbirlərinə cəlb edilən şəxslərin sayı isə 4 minə yaxındır”, – deyə qeyd edilib.

Mission News Theme by Compete Themes.