Son yeniləmə: 6 Aprel 2022 15:42
Bayraqdar.info – Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin rəhbərliyinin Kembric Universitetinin nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya Forumunun direktoru professor Montu Saksena ilə görüşü keçirilib.
Təhsil Nazirliyindən bayraqdar.info-ya aprelin 6-da verilən məlumatda deyilir ki, Nazirliyin təşəbbüsü ilə baş tutmuş görüşlərin məqsədi Azərbaycan təhsil müəssisələrinin tədqiqat işinin gücləndirilməsi üçün Kembric Universitetində araşdırma və tədqiqatçı mübadiləsinin həyata keçirilməsidir. Həmçinin, azərbaycanlı araşdırmaçıların Kembric Universitetinin Kavendiş laboratoriyasında tədqiqat aparmasına şərait yaradılması məqsədilə fizika sahəsi üzrə ixtisaslaşmış təhsil müəssisələri ilə əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
Eyni zamanda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də görüş keçirilib. Görüşdə əldə olunmuş razılığa əsasən əməkdaşlıqların gələcəkdə də davam etdiriləcəyi bildirilib.