Press "Enter" to skip to content

İşgüzar dairələr arasında əlaqələr genişlənir

Son yeniləmə: 6 Aprel 2022 15:18

Bayraqdar.info – Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli və xarici iş adamları arasında əlaqələrin genişləndirilməsi, yeni biznes təşəbbüslərinin reallaşdırılması istiqamətində görüşlərini davam etdirir.

Bu kontekstdə aprelin 6-da KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Fransa Ticarət Palatasının (AFchamber) İdarə Heyətinin sədri Teybə Quliyeva və İdarə Heyətinin üzvləri ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.

Bildirilib ki, görüşdə işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi imkanları, o cümlədən tədbirlərin və layihələrin icrası, palata və KOBİA arasında bu sahədə birgə əməkdaşlıq müzakirə edilib.a

Mission News Theme by Compete Themes.