Press "Enter" to skip to content

İşğalçıların daha bir əməli

Son yeniləmə: 6 Aprel 2022 09:53

Bayraqdar.info – Rusiya tərəfindən işğal edilən Krımda milli və dini izləri silmək üçün silsilə addımlar atılır. İşğalçı rejimin növbəti addımı isə müsəlmanların dini heysiyyatına toxunmağa hədəflənib.

Belə ki, işğalçılar Baxçasaraydakı Sauskan adlı qədim müsəlman məzarlığının üstündə park salmağa başlayıblar. Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Qeyd edilib ki, yerli sakinlər qədim məzarlığın qorunması üçün dəfələrlə işğalçı rejimin yerli idarəçilərinə  müraciət ediblər. Lakin bu müraciətlərə baxılmayıb.

Baxçasaray Tarix və Mədəniyyət Milli Parkının müdürü, tarixçi Üsein Boddaninskiyin araşdırmalarına görə Xan sarayının cənubunda yerləşən Sauskan məzarlığı 16-c əsrdə salınıb və 18-ci əsrə qədər bu ərazi məzarlıq kimi istifadə edilib.

O da qeyd edilib ki, işğalçı rejim bundan öncə də Krımın bir çox yerlərində qədim məzarlıqların olduğu ərazidə park salıb.

Mission News Theme by Compete Themes.