Son yeniləmə: 6 Aprel 2022 21:11
Bayraqdar.info – Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gedib.
Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İ.Əliyevin AİŞ Prezidenti Ş.Mişel ilə təkbətək görüşü keçirilib.
AİŞ Prezidenti Ş.Mişel dövlət başçısı İ.Əliyevi qarşılayıb. Sonra birgə foto çəkdirilib.