Press "Enter" to skip to content

Hərbi qulluqçular “Efes-2022” təlimində – VİDEO

"Efes-2022" təlimləri

Son yeniləmə: 6 Aprel 2022 09:48

Bayraqdar.info – “Efes-2022” çoxmillətli təlimə hazırlıq mərhələsi çərçivəsində hərbi qulluqçular dəniz yolu ilə düşmən arxasına sızma, sahil xəttinin minalardan təmizlənməsi, şərti düşmənin sahildə yerləşən hərbi obyektinə basqın və terrorçuların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri icra ediblər.

Müdafiə Nazirliyindən bayraqdar.info-ya daxil olan məlumatda bildirilir ki, 2022-ci ilin may-iyun aylarında Türkiyənin İzmir şəhərində keçiriləcək “Efes-2022” çoxmillətli təliminin dörd mərhələdə keçirilməsi planlaşdırılır.

“Bundan başqa 2022-ci il ərzində hərbi qulluqçuların digər müxtəlif beynəlxalq təlim və seminarlarda, o cümlədən konfranslarda iştirakı da nəzərdə tutulub”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.