Press "Enter" to skip to content

Energetika naziri vətəndaşları qəbul edəcək

Son yeniləmə: 6 Aprel 2022 09:37

Bayraqdar.info – Energetika naziri Pərviz Şahbazov aprelin 15-də Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin aprel ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq aparılacaq.

Energetika Nazirliyindın bayraqdar.info-ya aprelin 6-da verilən məlumata əsasən qəbul saat 11:00-dan etibarən Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (Ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 242) keçiriləcək.

“Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), Nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs İntiqam Mehdiyev, əlaqə telefonları: (050) 668-61-24, elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

“Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyininwww.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və Nazirliyin “facebook” səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər”, -deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.