Press "Enter" to skip to content

“Bakı Metropoliteni” 3 yeni təsərrüfat qatarı alıb

Bakı Metropoliteni

Son yeniləmə: 6 Aprel 2022 17:54

Bayraqdar.info – “Bakı Metropoliteni” QSC Rusiya istehsalı olan 3 yeni təsərrüfat qatarı alıb. Bunu bayraqdar.info-ya mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, qatarların son sınaq işləri gün ərzində tamamlanacaq və sabahdan onların istismara veriləcəyi gözlənilir: “Qatarların istifadəsi gecə saatlarında tunellərə material, avadanlıq, maşın və mexanizmləri, müxtəlif ölçülü relsləri, şpalları daşımaq, növbə işçilərini – təmirçiləri, yoxlama-baxış dəstələrini aparmaq, tuneldən tullantıları, dəmir-beton qırıntılarını və s. çıxarmaq üçün nəzərdə tutulub”.

Mission News Theme by Compete Themes.