Press "Enter" to skip to content

Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq

Azərbaycan və Avropa Birliyi

Son yeniləmə: 6 Aprel 2022 14:14

Bayraqdar.info – Aprelin 5-də Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə alt komitənin səkkizinci iclası keçirilib.

Təhsil Nazirliyindən aprelin 6-da bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Azərbaycan tərəfindən Təhsil Nazirliyinin həmsədrlik etdiyi iclasda Rəqəmsal İnkişaf və Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Mədəniyyət, Səhiyyə nazirlikləri və Milli Elmlər Akademiyasının nümayəndələrindən ibarət heyət iştirak edib.

İclas zamanı Azərbaycan və Avropa İttifaqı arasında sözügedən alt komitənin əhatə etdiyi sahələr üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Mission News Theme by Compete Themes.