Press "Enter" to skip to content

ABŞ Dövlət Katibindən Prezident İlham Əliyevə zəng

İlham Əliyev və Entoni Blinken

Son yeniləmə: 6 Aprel 2022 09:12

Bayraqdar.info – Aprelin 5-də Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib.

Bayraqdar.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

“Telefon danışığı əsnasında A.Blinken aprelin 6-da Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirib.

“Prezident İ.Əliyev regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təkliflərini və mövqeyini qeyd edib.

“Dövlət başçısı humanitar məsələlərə toxunaraq, birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş hesab olunan 3 min 890 nəfər azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsi və kütləvi məzarlıqların yerləri barədə məlumat verilməsinin vacibliyini diqqətə çatdırıb.

“Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.