Press "Enter" to skip to content

“Yeni çağırışlar”da Sinqapurun uğur təcrübəsindən danışılacaq

Kristina Goh

Son yeniləmə: 5 Aprel 2022 16:02

Bayraqdar.info – Arelin 6-da “Yeni çağırışlar” müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Təhsil Nazirliyindən bayraqdar.info-ya bildirilib ki, proqramın bu dəfəki qonağı Sinqapur Milli Təhsil İnstitutunun direktoru, professor Kristin Goh olacaq. İnnovativ elmi tədqiqatları ilə dünyada tanınan professor ilə Sinqapur təhsilinin uğur təcrübəsi barədə danışılacaq.

“Qeyd edək ki, Nazirliyin dəstəyi və “T-Network” platformasının təşkilatçılığı ilə davam edən proqram nazirliyin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.