Press "Enter" to skip to content

Ukraynadan gələn Krım tatarları üçün iftar süfrəsi

Son yeniləmə: 5 Aprel 2022 10:17

Bayraqdar.info – Rusiyanın Ukraynaya işğalçı hücumu bu ölkədən 4 milyindan çox insanın didərgin düşməsi ilə nəticələnib. Rusiyanın dağıdıcı hücumları nəticəsində öz yurdlarından didərgin düşənlər arasında Krım tatarları da var.

Ukraynadan gələn Krım tatarlarının bir qismi Türkiyənin Eskişehir şəhərində məskunlaşıb. Aprelin 4-də onlar üçün iftar süfrəsi açılıb.

Bu barədə məlumatda qeyd edilir ki, mərasm Eskişehirdə fəaliyyət göstərən bir sıra ictimai təşkilatların təşəbbüsü ilə baş tutub.

İftar mərasiminə Ukraynadan gələn Krım tatar qaçqınlarla yanaşı Eskişehir Odunpazarı bələdiyyə başqanı Kazım Kurt, Eskişehir Cumhuriyet savcısı Metin Başaran, Eskişehir Tepebaşı bələdiyyə başqanı Ahmet Ataç, Eskişehir Kırım Dərnəyi başqanı Ercan Bozkurt, Kırım Gelişim Vakfı başqan Vekili Haluk Yaşayanlar və digər şəxslər də qatılıb.

Mission News Theme by Compete Themes.