Son yeniləmə: 5 Aprel 2022 16:45
Bayraqdar.info – Tarif (qiymət) Şurasının cari fəaliyyətinin təşkili üçün yaradılan Şuranın Katibliyi ictimai əsaslarla fəaliyyət göstərəcək.
Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bu, Prezident İlham Əliyevin aprelin 5-də imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
“Digər dəyişikliyə görə, Tarif (qiymət) Şurası Prezident tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial orqan olacaq. Bundan əvvəl Şura kollegial icra hakimiyyəti orqanı statusunda olub.
“Bundan əvvəl Şuranın Katibliyi Azərbaycan Respublikasının Dövlət gerbi və onun adı əks olunmuş möhürə, ştamplara, blanklara və bank hesablarına malik olub. Bundan sonra Katibliyin gerbsiz möhürü, ştampları və blankları olacaq. Katibliyin işçiləri də bundan sonra dövlət qulluqçusu hesab edilməyəcəklər.
“Vergilər Nazirliyi ləğv edildiyi üçün vergilər nazirinin müavini də Tarif (qiymət) Şurasının üzvləri sırasından çıxarılıb”, – deyə Fərmanda qeyd edilib.