Press "Enter" to skip to content

Sahibkarlarla növbəti görüş

Son yeniləmə: 5 Aprel 2022 09:28

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyi ilə bağlı çətinlik və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

Bu barədə bayraqdar.info-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, növbəti görüş meyvə və tərəvəz istehsalı və ixracı ilə məşğul olan assosiasiyaların üzvlərinin, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib. Vergi siyasəti Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan görüşdə vergi qanunvericiliyinin tətbiqi, işçilərin mövsümi işlərin yerinə yetirilməsinə cəlb edilməsi zamanı əmək münasibətlərinin rəsmiləşdirilməsi, ixrac prosesi, yerli fermerlərdən alınan məhsullara görə sənədləşmənin aparılması və bir sıra digər məsələlərlə bağlı mövcud vəziyyət ətrafında müzakirələr aparılıb.

“Sahibkarların dövlət-biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflərinin öyrənilməsi məqsədilə görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb”, – deyə məlumatda bildirilib.

Mission News Theme by Compete Themes.