Press "Enter" to skip to content

Raket və artilleriya bölmələrində atəş tapşırıqları – VİDEO

Son yeniləmə: 5 Aprel 2022 10:01

Bayraqdar.info – Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində yaylım atəşli reaktiv sistemlərdən atəş tapşırıqları yerinə yetirilib.

Bu barədə bayraqdar.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, plana əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ehtiyat atəş və start mövqelərini tutublar.

“Real döyüş şəraitinə uyğun keçirilən təlimdə heyətlər şərti düşmən hədəflərinin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

“Təlimin keçirilməsində əsas məqsəd Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla raket və artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilidir”, – deyə məlumatda qeyd olunub.

Mission News Theme by Compete Themes.