Press "Enter" to skip to content

Qarabağa aid elmi konfransa məqalə qəbulu davam edir

Son yeniləmə: 5 Aprel 2022 12:28

Bayraqdar.info – Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə noyabr ayında keçiriləcək “Qarabağın tarixi–mədəni irsi” Respublika elmi konfransına məqalə qəbulu davam edir. Muzeydən bayraqdar.info-ya daxil olan xəbərdə bildirilir ki, konfrans ölkədə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təşkil olunacaq.

Konfransda iştirak etmək üçün məruzələr iyunun 1-dək və e-poçt ünvanlarına göndərilməlidir.

“Konfrans Qarabağın maddi-mənəvi irsi və muzeylər, Qarabağın abidələri və görkəmli ziyalıları, Qarabağ irsinin muzey kolleksiyalarında təbliği məsələləri, Qarabağda müasir dövrdə aparılan mədəni quruculuq işləri mövzularını əhatə edəcək”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.