Press "Enter" to skip to content

Özbək siyasətçidən sovet təbliğatına etiraz

Son yeniləmə: 5 Aprel 2022 18:29

Bayraqdar.info – Özbəkistan parlamentinin aşağı palatası – Ali Məclisin Qanunvericilik Palatasının sədr müavini, Milli Dirçəliş Demokrat Partiyasının lideri Alişer Qodirov ölkədə aparılan sovet təbliğatına etiraz edib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumata əsasən o, keçmiş SSRİ-nin İkinci Dünya müharibəsindəki qələbəsi münasibətilə Özbəkistanın paytaxtı Daşkənddə “Ölməz alay” nümayişinin keçiriləcəyi xəbərini etirazla qarşılayıb. Telegram hesabında bununla bağlı paylaşım edən A.Qodirov Rusiya səfirliyi və Rusiya Rossotrudniçestvo Federal Agentliyinin dəstəyi ilə Daşkənddə “Ölməz alay” (O’lmes Polk) nümayişinin keçiriləcəyi xəbərinə etiraz edib.

“Ölməz alay” adlı yumşaq güc nümayişinin keçmiş SSRİ-nin təbliğat silahı olduğunu vurğulayan A.Qodirov bu cür nümayişlərin əleyhinə olduğunu bildirib.

Özbək xalqının müharibədə həlak olan əsgərlərini unutmadığını vurğulayan A.Qodirov, “anım onların şəkillərini şəhərdə nümayiş etdirmək yox, ruhlarına dua etmək olmalıdır”, – deyə qeyd edib.

Həmçinin, “şəhidlərimizin təmiz xatirəsi yaşadılmalıdır, amma nifrət doğuran siyasi məqsədlər üçün istifadə edilməməlidir” deyən A.Qodirov bununla Rusiyanın Özbəkistandakı təbliğatına qarşı olduğunu nümayiş etdirib.

Mission News Theme by Compete Themes.