Press "Enter" to skip to content

Nazirlər arasında telefon danışığı

Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu

Son yeniləmə: 5 Aprel 2022 17:34

Bayraqdar.info – Aprelin 5-də xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin  xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd edilib ki, tərəflər, bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Mission News Theme by Compete Themes.