Press "Enter" to skip to content

Müraciətlərin qəbulu davam edir

Son yeniləmə: 5 Aprel 2022 10:31

Bayraqdar.info – Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Təhsil vloqeri” müsabiqəsinə müraciətlərin qəbulu prosesi davam edir.

Bu barədə bayraqdar.info-ya Nazirlikdən bildirlib.

“Müsabiqə üzrə tələblər aşağıdakılardır:

– Müsabiqədə bütün təhsil pillələri üzrə dərs deyən müəllimlər iştirak edə bilər;

– Müsabiqədə iştirak etmək istəyənlər maraqlı və innovativ keçən tədris anını video formatda qeydə almalıdır;

– Video 2 dəqiqədən artıq olmamalıdır;

– İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), çalışdığı təhsil müəssisəsinin adı, tədris etdiyi fənnin adı, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 20 may 2022-ci il tarixinədək eduvloger@edu.gov.az elektron ünvanına göndərməlidir.

“Müsabiqənin yekununda Təşkilat Komitəsi tərəfindən qaliblər müəyyənləşdirilərək təltif ediləcəklər.
“Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, maraqlı tədris mühiti formalaşdıraraq şagirdlərinin sevimlisinə çevrilən müəllimlərin ictimaiyyətə tanıdılmasıdır”, – deyə məlumatda vurğulanıb.

Mission News Theme by Compete Themes.