Son yeniləmə: 5 Aprel 2022 15:46
Bayraqdar.info – Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov bu il aprelin 1-dən işinə başlayan Qlobal Diaspor Sammiti-2022-nin sessiya iclasında iştirak edib. Sessiyada Azərbaycanla yanaşı, Türkiyə, Ukrayna, İraq, Gürcüstan və bir sıra başqa dövlətlər də təmsil olunub.
Bu barədə bayraqdar.info-ya aprelin 5-də DİDK-dən məlumat verilib.
Bildirilib ki, F.Muradov samittdə çıxış edib. Komitə sədri rəhbərlik etdiyi qurumla bir çox beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı ölkələrin müfaviq qurumları arasında memorandumlar imzalandığını,ortaq diaspor layihələrinin reallaşdırıldığını, əməkdaşlıq çərçivəsində nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb: “Sessiya iştirakçılarına əlavə olaraq Azərbaycanın uğurlu diaspor siyasəti, həyata keçirilən layihələr, o cümlədən Diaspor Gənclərinin Yay düşərgələri, “Liderliyin İnkişafı”, “Diaspor Gəncləri 1+1”,“Beyinqazanma” proqramları və digər layihələr haqqında ətraflı məlumat verilib, diasporun təşkilatlanması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi barədə danışılıb”.
Məlumatda o da vurğulanıb ki, Qlobal Diaspor Sammiti-2022 İrlandiya Hökuməti və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən təşkil olunub. I Sammit 2003-cü ildə keçirilib və bu il Azərbaycan sammitdə ilk dəfə təmsil olunub.