Press "Enter" to skip to content

İşə qəbul üçün müraciətlər elektron qaydada aparılır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC

Son yeniləmə: 5 Aprel 2022 15:18

Bayraqdar.info – “Azərsu” Açıq Səhmdar Cəmiyyətində istehsalat proseslərinin səmərəliliyinin artırılmasında ixtisaslı və peşəkar mütəxəssislərin işə qəbulu mühüm əhəmiyyət daşıyır. Müasir dövrün çağırışlarına uyğun olaraq “Azərsu” ASC-də işə qəbul üçün müraciətlərin elektron qaydada qəbuluna başlanılıb. Bu məqsədlə rəsmi internet səhifəsində “Karyera” bölməsi yaradılıb və e-su.az portalı üzərindən Elektron Hökumət Portalına inteqrasiya olunub.

Bu barədə bayraqdar.info-ya aprelin 5-də qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, işə qəbul üçün müraciət etmək istəyənlər Cəmiyyətin rəsmi internet səhifəsinə daxil olub “Karyera” bölməsində “CV müraciət” və “Vakansiya” bölmələrindən birini seçərək şəxsiyyət vəsiqəsi üzrə Fərdi İdentifikasiya Nömrəsi (FİN) və adına olan mobil telefon nömrəsini yazmaqla qeydiyyatdan keçə bilərlər. “CV müraciət” bölməsi vasitəsilə edilən müraciətlər kadr ehtiyat bazasına daxil edilir.
“Vakansiya” bölməsində isə konkret vakant iş yerləri göstərilir və vətəndaşlar həmin vəzifə haqqında məlumat əldə etdikdən sonra bu bölmədən çıxmadan müraciət edə bilərlər.

Qeyd edilib ki, hər iki halda hazır elekton müraciət forması yaranır.

“Portal Daxili İşlər Nazirliyinin sisteminə inteqrasiya edildiyindən müraciət edənin şəxsi məlumatları həmin formada görünür. Boş qalan, xüsusilə ulduz işarəsi ilə fərqləndirilən xanalar müraciət edən şəxs tərəfindən doldurulur. İşə qəbul olmaq istəyənlər təhsil, iş təcrübəsi və təltifləri barədə məlumatları daxil edirlər.

“Azərsu” ASC-nin insan resursları siyasətinin prioritetlərindən olan obyektivliyin və şəffaflığın təmin olunması nəzərə alınaraq işə qəbul 4 mərhələdə – elektron müraciət, bilik yoxlaması (test), müsahibə və əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə həyata keçirilir. “Müsahibədən keçən şəxslər vakant yer olduqda müvafiq vəzifəyə təyin edilir. Vakant yer olmadıqda isə kadr ehtiyat bazasına daxil edilir və gələcəkdə ixtisasına və peşəsinə uyğun vakant yer olduqda onunla əlaqə saxlanılaraq dəvət edilir.

“Qeyd edək ki, müraciət edənlərdən yalnız vakansiya üzrə tələblərə cavab verən namizlədlər bilik yoxlanmasına cəlb olunurlar”, – deyə sonda bildirilib.

Mission News Theme by Compete Themes.